Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA

Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA

2019-2020-ci tədris ilinin ilk dərs günü sentyabrın 16-da olacaq.

Aktual.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Bilik Günü - 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün tədris ilinin ilk günü 16 sentyabr hesab ediləcək.
Bununla əlaqədar orta məktəblərdə dərslərin keçirilməsinə sentyabrın 16-dan başlanacaq.
Qeyd edək ki, Azərbaycanda tədris ili adətən 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır.
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164234 uşağın gedəcəyi gözlənilir.


Onlardan 77542-si qız, 86692 nəfəri isə oğlandır.
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR