Nazirlik pulsuz ev payladı

Nazirlik pulsuz ev payladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binalarından tender yolu ilə satın alınaraq təmir etdirilmiş 53 mənzil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin, şəhid ailələrinin istifadəsinə verilib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 12 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri 20 Yanvar əlili, 37-si isə şəhid ailəsidir.

Mənzillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının hər bir ölkə vətəndaşının sosial firavanlığına, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. 

Ç.Əliyev bildirib ki, müharibə əlillərinin və 20 Yanvar əlillərinin, şəhid ailələrinin maddi təminatları, hərtərəfli diqqət və qayğı ilə əhatə olunması işləri ildən-ilə gücləndirilir. Ölkəmizdə mühüm sosial proqramlardan biri kimi, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların yeni, müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təminatı sahəsində də mühüm işlər görülür.

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR