Nazirlik iməcilik keçirdi

Nazirlik iməcilik keçirdi

5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bakı-Şamaxı yolunun Pirəkəşkül qəsəbəsi ərazisində iməcilik keçirilib.

ETSN-nin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, iməcilik zamanı 50 hektar sahədə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Qeyd olunub ki, "5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.
 
Aktual.az
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR