Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini Natiq Məmmədov icra edəcək

Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini Natiq Məmmədov icra edəcək

Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub.

Bu barədə ONA-ya Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.
O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: "Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”.
Qeyd edək ki, mayın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.
 
Aktual.az
Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR