"Naxçıvan Duz İstehsalı” MMC-nin dirketoru Anar Əsədullayev böyük marketlərdə Naxçıvan duzunun tapılmaması, həmçinin bahalaşması ilə bağlı suallara aydınlıq gətirib.
Aktual.az pravda.az-a istinadla xəbər verir ki, o, yanacağın bahalaşması və İranda yol xərclərinin artmasını əsas gətirib:
"Duz Naxçıvandan "KamAZ”larla Bakıya göndərilir. Yəni nəqliyyat xərcləri artıb, başqa heç bir artım yoxdur. Naxçıvan duzunun satışını paytaxtda və rayonlarda "Veysəloğlu” şirkəti həyata keçirir. Əslində, Duzun Bakıya göndərilməsi yeni başlayıb. Ola bilər, buna görə bir çox marketlərdə hələ satışı təmin olunmayıb. Ümidvarıq ki, yaxın gələcəkdə bütün marketlərdə Naxçıvan duzunu görə biləcəksiniz”.
Xəbər 46 dəfə oxunub.