NATO-nun baş katibi: "Rusiyanın bölgədəki hərbi varlığı sülhü təhdid edir"

NATO-nun baş katibi:

NATO-nun baş katibi Yan Stoltenberq yenə Rusiyanı tənqid atəşinə tutub.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, alyansın baş katibi Rusiyanın Suriyada artan hərbi varlığının sülhün bərpasına ən böyük maneə olduğunu bildirib.

"Biz gördük ki, atəşkəs haqa razılıq Suriyada daxili vəziyyəti necə sakitləşdirdi. Amma atəşkəs razılığına baxmayaraq yenə onun pozulduğu haqda məlumatlar da aldıq", deyə Küveytdə səfərdə olan Stoltenberq vurğulayıb.

O, bildirib ki, Rusiyanın bölgəyə əlavə hərbi dəniz və quru qoşunları göndərməsi də narahatlıq yaradan səbəblərdəndir.

Xatırladırıq ki, bir müddət öncə Rusiya və ABŞ Suriyada atəşkəs haqqında razılıq əldə etmişdilər.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR