NASA-dan istilərlə bağlı QORXUNC PROQNOZ - VİDEO

NASA-dan istilərlə bağlı   QORXUNC PROQNOZ - VİDEO

Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Kosmos Tədqiqatları İnstitutunun direktoru Qavin Şmidt şok açıqlama verib.

Aktual.az  baku.ws-ə istinadən bildirir ki, aprel ayındakı istiliyinin 1951-1980-ci illərə nəzərən 1,1 dərəcə yüksək olduğunu deyən Şmidt yay fəslinin çox çətin olacağını etiraf edib. 

Bundan əvvəl ən yüksək istilik 2014 və 2015-ci illərdə ölçülüb. Kosmos Tədqiqatları İnstitutunun direktoru ən yüksək istiliyin 2015-ci ilin oktyabrından bu yana artdığına işarə edib. O bildirib ki, 2016-cı ildə 1880-ci ildən bu yana ən isti il olacaq.

Fransanın paytaxtı Parisdə ötən ilin dekabr ayında keçirilən 21-ci BMT İqlim Dəyişikliyi Konfransında 196 ölkə, qlobal orta temperatur artım limitinin 1,5-2 dərəcə arasında məhdudlaşdırılmasını ehtiva edən sənəd üzərində razılığa gəlmişdi. 22 apreldə BMT-nin Baş ofisində dövlət və hökumət başçılarının da iştirakı ilə imzalanan sənəd bu günə qədər cəmi 175 ölkə tərəfindən təsdiqlənib. 

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR