Mövlud Çavuşoğlu İraqa səfər edəcək

Mövlud Çavuşoğlu İraqa səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 28-29-da Bağdad, Bəsrə və Ərbil şəhərlərinə səfər edəcək.

ONA Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində M.Çavuşoğlu İraqın hökumət rəsmiləri və yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirəcək.
Bildirilir ki, səfər zamanı Türkiyə və İraq arasında ikitərəfli əlaqələrin bütün aspektləri, terrorizmlə mübarizə, İraqın bərpası və bir sıra regional məsələlər müzakirə ediləcək. Həmçinin Çavuşoğlu İraqda yaşayan türkmən icmasının nümayəndələri ilə də görüşəcək.
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR