Ömürlük məhbuslar Ali Məhkəməyə şikayət etdilər

Ömürlük məhbuslar Ali Məhkəməyə şikayət etdilər

Ömürlük azadlıqdan məhrum edilən sabiq OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Aktual.az  xəbər verir ki, bu barədə Trend-ə vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, şikayətə martın 14-də Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Ömürlük azadlıqdan məhrum edilən keçmiş OMON-çular kassasiya şikayətində cəzalarının 20 illik cəza ilə əvəz edilməsini istəyiblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 1996-cı ildə ölüm cəzasına məhkum edilib. 1997-ci ildə onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.
Hər 3 şəxs ötən il Qaradağ rayon Məhkəməsinə müraciət edərək cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Məhkəmə isə müraciətləri rədd edib.
 
Aktual.az 
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR