Müdafiə Nazirliyindən feysbuk istifadəçilərinə Müraciət

Müdafiə Nazirliyindən feysbuk istifadəçilərinə   Müraciət

Müdafiə Nazirliyinin mətbuat xidməti feysbuk istifadəçilərinə müraciət edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi feysbuk səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, feysbuk sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.

Feysbuk istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.

Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR