Aktual.az-ın məhkəmədə iştirak edən əməkdaşı xəbər verir ki, qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə, "Ramiz müəllim verilən qərardan vicdanınız rahatdırmı?" sualını ünvanlayıb. MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: "Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir".
Günel Səfərovanın reaksiyası isə daha sərt olub: "Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi "bozbaşlar" seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı Vitse-prezident qadındır".
Hətta MSK təmsilçisinin bu cavabı hakimlərin də təəccübünə səbəb olub. Səhv etdiyini anlayan R.İbrahimov dərhal iclas zalını tərk edib.