Moskvada miqrantları qəsdən diri-diri yandırdılar

Moskvada miqrantları qəsdən diri-diri yandırdılar
  • DÜNYA

Yanvarın 30-da Moskvanın şərqində yerləşən tikiş müəssisəsində baş vermiş güclü yanğın zamanı, 3-ü uşaq olmaqla, 12 miqrant ölüb.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, yanğın qəsdən törədilib.

Həlak olan 12 nəfər fabrikdə işləyən və yaşayan Qırğısıztan və Özbəkistan vətəndaşlarıdır. 

Hal-hazırda istintaq fabrikin icarəçisini axtarır. Qeyd olunur ki, o da Orta Asiyadan çıxmadır. 

Məlumata əsasən, bir neçə gün əvvəl icarəçi öz müəssisəsini sığorta edərək satışa çıxarıb.

İstintaq orqanları yanğının iki baş verməs səbəbini araşdırırlar: yanğını ya icarəçi törədib, ya da onunla rəqabət aparanlar, çünki miqrantların əməyindən istifadə fabrikin məhsullarının qiymətini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verirdi.

Aktual.az

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR