Moskvada dəhşət – Kəsilmiş uşaq başı ilə küçəyə çıxdı

Moskvada dəhşət   – Kəsilmiş uşaq başı ilə küçəyə çıxdı
  • DÜNYA

Moskvada dəhşətli qətl hadisəsi baş verib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, “Oktyabrskoe Pole” metrostansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb. Saxlanılan zaman qadın qara libasda olub, əlində isə kəsilmiş uşaq başı tutub.

Məlumata görə, bu gün yaşayış evlərindən birində baş verən yanğını söndürərkən xilasedicilər 3-4 yaşlı uşaq cəsədi aşkar ediblər. Uşağın xüsusi qəddarlıqla öldürüldüyü məlum olub. Müstəntiqlər hesab edirlər ki, 39 yaşlı dayə valideynlərin ailənin böyük uşağı ilə birgə evi tərk etməsini gözləyib. Bundan sonra hələki məlum olmayan səbəblərə görə, dayə azyaşlını öldürüb, evi yandırıb və hadisə yerini tərk edib.

Uşağın öldürülməsində günahlandırılan dayə barədə cinayət işi başladılıb.

Xəbər 638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR