Moskvada azərbaycanlı bəstəkarın konserti olacaq

Moskvada azərbaycanlı bəstəkarın konserti olacaq

 P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkar, əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyovanın konserti olacaq.

"Report" xəbər verir ki, "Azərbaycan ifaçıları Moskva konservatoriyasının kamera salonlarında” proqramı çərçivəsində baş tutacaq konserti sənətşünaslıq doktoru Rauf Fərhadov açacaq.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək musiqi gecəsində E.Sati, B.F.Stravinski, F.Qarayev, İ.Hacıbəyov və digər bəstəkarların əsərləri səsləndiriləcək.
 
Aktual.az
Xəbər 930 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR