Mirzə Ələkbər Sabir Fondu dahi şairin 155 illiyi münasibətilə Beynəlxalq Mətbuat
Mərkəzində "Mirzə Ələkbər Sabir virtual
muzeyi” layihəsinin təqdimatını etdi.
Ziyalıların, elm adamlarının,
jurnalistlərin, QHT nümayəndələrinin, sənətkarların, tələbələrin də qatıldığı
bu tədbiri giriş sözü ilə tanınmış jurnalist Vəsilə Vahidqızı açaraq belə bir
layihənin həyata keçırılməsini
ictimiyyət arasında çox müsbət bir rezonans yaradacağını vurğulayaraq bunun
sabirsevərlər üçün əvəzsiz bir töhvə olduğu qeyd etdi. Daha sonra söz alan
layihə rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyələşdirdiyi bu layihədə Sabirə aid olub müxtəlif mənbələrdə – kitabxanalarda,
şəxsi kolleksiyalarda, muzeylərdə, TV və radioda, arxivlərdə, internet resurslarında yer alan verbal, audio,
video, foto məlumatlar toplanaraq vahid baza yaradıldığı qedy etdi. Şairin ölümündən
sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bugünlərimizədək
çap olunmuş əksər kitablarının elektron nüsxələri, əsərlərinin müxtəlif
dövrlərdə türk, rus, fars, qırğız və s. dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə
ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin 1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində
yandırılaraq dağıdılmış evinin ədibin sonbeşik övladı Məmmədsəlimin sağlığındaikən xatirələri əsasında hazırlatdırdığı maketı və hazırda Şamaxı şəhərində
yendənqurma işləri ilə əlaqədar
müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki 360 Panoramik görüntüsü və muzeyin maketin əsasında tikilməkdə olan yeni görüntüsünün eskizləri,
Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da virtual muzeydə yer alıb. S.Tahirli qeyd etdi ki, şairə aid bütün məlumatların daxil ola
bildiyi vahid baza ilk dəfə olaraq
yaradılır.
Daha sonra saytı işləyib hazırlayan, Azərbaycan
Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli
"Virtual muzey”ın təqdimatını etdi. Təqdimatdan sonra AMEA Mərkəzi Elmi Kitabxananın müdiri Leyla
İmanova, Beynəlxalq Avrasiya
Mətbuat fondunun rəhbəri Umud Mirzəyev, əməkdar
artist Ağalar Bayramov, sabirşünas professor Alxan Bayramoğlu, İctimai Televiziyanın əməkdaşı
Azər Süleymanlı çıxış etdilər.
Sonda şairin ABŞ-da yaşayan
nəvəsi və tədbirə SKYPE vasitəsilə
qoşulan Gündüz Tahirli hər kəsi
salamlayaraq ədibin Şamaxıda tikilməkdə olan muzeyinin inşası barədə
məlumatlar verdi.
Xəbər 621 dəfə oxunub.