Minlərlə insan buzlu suya girdilər

Minlərlə insan buzlu suya girdilər
  • DÜNYA

Dondurucu soyuğa baxmayaraq, yeni ilin ikinci günü Belçikada minlərlə insan Şimal dənizinə girib.


Aktual.az "Report"a istinadən bildirir ki, Ostend şəhərində 1987-ci ildən keçirilən Nieuwjaarsduik adlı mərasimə tamaşaçılarla bərabər təxminən 5 min nəfər qatılıb. Aralarında yaşlıların və uşaqların da olduğu insanlar 200 metr məsafədən yüyürərək dənizə giriblər. Kimi soyuğa dözməyərək tez sahilə qayıdıb, kimi də bir müddət suda qalıb.
Hər il keçirilən bu yürüşün məqsədi diqqəti okeanın təmiz saxlanmasına yönəltməkdir. İştirakçılar bununla həm də soyuğa meydan oxuduqlarını nümayiş etdirirlər.

Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR