Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var - FOTO

Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var - FOTO

Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yolunadavam edib vəhərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR