"Millinin qapıları hər kəsin üzünə açıqdır"

  • İDMAN

AVRO-2016-nın təsnifat mərhələsində Azərbaycanla eyni qrupda yer alan İtaliya millisinin çalışdırıcısı Antonio Konte komandanın heyəti barədə fikirlərini bölüşüb.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, Konte MLS-də forma geyən Covinko(Toronto) və Pirloya güvəndiyini bildirib. İtalyan mütəxəsis Mario Balotellinin "Scuadra Azzurra"nın heyətinə qayıtmaq ehtimalı olduğunu gizlətməyib.

"Millinin qapıları hər kəsin üzünə açıqdır. Komandada olmağı yaxşı çıxış, davranış, mənəvi üstünlük sayəsində haqq etməlisən".
"Covinko Kanadada böyük uğurlar qazanır. O, əvvəlki səviyyəsinə qayıdır və milliyə faydalı ola bilər. Eyni şeylər Pirloya da aiddir. Andrea hələ də İtakiya üçün vacib oyunçudur. Nə qədər belə oynayacaq, milliyə dəvət alacaq".

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR