Millimizin baş məşqçisi ilə yollar ayrıldı

Millimizin baş məşqçisi ilə yollar ayrıldı
  • İDMAN

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evrən Alkaya ilə yollar ayrılıb.

Azərbaycan Basketbol Federasiyasından (ABF) Aktual.az-a verilən məlumata görə, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.

2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət əsas milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarına rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandaların başında yer alıb.

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023-cü və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 yığması isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR