Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib

Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı dəyişdirilib.

APA-nın xəbərinə görə, iclasın vaxtı noyabrın 26-dan 25-nə keçirilib.
İclasda 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirəyə çıxarılacaq.
Bunlar "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, "Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələridir.
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR