"Milli Məclisdə üzqarası olan deputatlar var”


Millət vəkili Rasim Musabəyovun "Azneft" meydanı yaxınlığında yeraltı keçid məntəqəsində pop-korn satan uşaqla bağlı yazdığı statusa etirazlar davam edir.

BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı deyib ki, üzqarası olan pop-korn satan uşaq deyil. Üzqarası ana dilimizdə danışa və yaza bilməyən Rasim Musabəyov kimi deputatlardır:

"Milli Məclisdə üzqarası olan xeyli deputat var. Onlardan ən çox hakimiyyət ziyan çəkir!” deyən N. Orduxanlı bildirib ki, bu gün 3 milyonldan artıq şəxs Azərbaycanda facebook istifadəçisidir: 

"Bir gün ərzində on minlərlə insan deputatatın bu hərəkətini pislədi. Musabəyov mənim facebok dostluğumda olanlardan biridir. Onun yazdığı  fikri görəndə mən də kəskin etirazımı bildirmişəm. Hər kəs ona açıq şəkildə etiraz etdi ki, ölkənin vacıb problemlərini müzakirə etmək əvəzinə bir yeniyetməyə "üzqarası” damğasını vurub, onu çörəyindən məhrum etdin. 
Son illər və son aylar ərzində Milli Məclsin indiki deputatların əksəriyyətinin necə Milli Məclisin fəaliyyətinə kölgə saldığının şahidi oluruq. Cəmiyyətdə bir sıra deputatların fəaliyyəti qıcıq yaradır. Bu gün "125 millət vəkilinin fəaliyyətindən razısınızmı?” sualı ilə sorğu keçirilsə, tam səmiyyətimlə deyirəm ki, maksimum 25 nəfər millət vəkili haqqında müsbət fikir bildirilər. Yerdə qalan 100 nəfər millət vəkilinin nəinki fəaliyyətini, heç özlərini də tanımıyacaqlar. Bütün bunlar həqiqətdir”. 

N. Orduxanlının sözlərinə görə, bu gün prezident İlham Əliyev bütün sahələrdə islahatlar aparır: "İnanıram ki, 2020-ci ildə aparılan islahatlar parlamentın fəaliyyətində də öz əksini tapacaq. Müasir dövrün tələblərinə uyğun gənc və peşəkar siyasətçilərimizin parlamentə seçilməsinin şahidi olacağıq. Milli Məclisə hər zaman dövlət maraqlarını müdafiə edən və gənc nəsil arasında kifayət qədər tanınan, cəmiyyətdə nufuzu olan və hörmət edilən şəxslərin seçilməsinin şahidi olacağıq”.
Xəbər 1828 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR