Milli Məclis MSK-nı yenidən formalaşdırdı (SİYAHI)

Milli Məclis MSK-nı yenidən formalaşdırdı (SİYAHI)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Aktual.az xəbər verir ki, müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib.

Bununla da MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib.

Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edəcək üzvllər aşağıdakılardır:

Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Surəddin Hümbətov (ehtiyat üzv)

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvləri aşağıdakılardır:

İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Arifə Muxtarova
Nailə Əsgərova
Aydın Muradov (ehtiyat üzv)

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov
Niyaməddin Orduxan (ehtiyat üzv).

Qeyd edək ki, bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçiriləcək. İclasda təşkilati məsələlərə baxılacaq. Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər. Sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.
Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR