Milli Məclis fevralın 1-də toplanacaq

Milli Məclis fevralın 1-də toplanacaq

Milli Məclisin 2019-cu ildə keçiriləcək yaz sessiyasının ilk iclasının vaxtı müəyyənləşib.
 
Modern.az-ın məlumatına görə, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
 
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
 
Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
 
Qeyd edək ki, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar.
 
Aktual.az
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR