Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin növbəti satışı başlayıb.
Aktual.az xəbər verir ki, mənzillərin satışı bu gün - sentyabrın 4-də saat 11:00-dan etibarən həyata keçirilir.
Satış elanına Lənkəran və Şirvan şəhərlərində yerləşən yaşayış komplekslərindəki mənzillər daxildir.
Belə ki, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə bir mənzil satışa təqdim olunur.
Bundan başqa, satış Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən yaşayış kompleksi üzrə mənzilləri də əhatə edir.
Mənzillərin seçimi və əldə edilməsi MİDA-nın elektron sistemi vasitəsilə həyata keçirilir. Satışda iştirak etmək hüququ olan şəxslər elektron kabinetləri üzərindən satışa çıxarılan mənzillərə baxa və müəyyən edilmiş qaydada seçim edə bilərlər.
MİDA tərəfindən təqdim olunan mənzillər güzəştli mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunur.
Mənzil seçimi zamanı satış elanında göstərilən şərtlər, mənzilin yerləşdiyi yaşayış kompleksi, otaq sayı və digər xüsusiyyətlər nəzərə alınır.
Qeyd edək ki, mənzillərin satışı ilə bağlı ətraflı məlumat, o cümlədən satışa çıxarılan mənzillərin siyahısı və onların xüsusiyyətləri MİDA-nın rəsmi elektron xidmətlər bölməsində yerləşdirilib.
Xəbər 50 dəfə oxunub.