Məzahir Pənahov: Biz ictimaiyətin qəbul etdiyi mövqedə dayanırıq

Məzahir Pənahov: Biz ictimaiyətin qəbul etdiyi mövqedə dayanırıq

“Biz həmişə ictimaiyətin qəbul etdiyi mövqeyi əsas götürürük”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, kim harda nə deyir desin, ictimaiyyətin qəbul etdiyi mövqe daha vacibdir.

M.Pənahov bildirib ki, seçki prosesində 10 minlərlə insan çalışır: “Heç kim hansısa nöqsanlardan sığortalanmayıb. Kimsə nədəsə səhlənkarlıq edirsə, onu ümumi, kütləvi bir hal konteksində çatdırmaq düzgün deyil.”

MSK sədri əlavə edib ki, dairə seçki komissiyalarının üzvləri elə seçilməlidir ki, sənədləşdirmə zamanı onların buraxdıqları diqqətsizlik vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməsin: “Gələcəkdə maarifləndirmə işlərini gücləndirməliyik ki, belə hallar olmasın”.

M. Pənahov bildirib ki, şikayətləri araşdırmaq üçün MSK üzvləri 24 saat çalışır: “Elə mübahisəli məqamlar olur ki, ictimaiyyətin dediyini qəbul etsək, hər şey qaydasında olur”.

M.Pənahov bildirib ki, MSK işini qanunvericilik çərçivəsində qurur və edilən hər bir müraciətə ədalətli mövqedən yanaşır.\trend

Aktual.az

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR