Mətbuat Şurasının növbəti qurultayı yazda keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı yazda keçiriləcək

 Azərbaycan Mətbuat Şurasının növbəti - VII qurultayı bu ilin yaz aylarında keçiriləcək.

Bu barədə "Report”a açıqlamasında Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib.
O bildirib ki, yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq: "Hesabat verdikdən sonra bu məsələni gündəmə gətirəcəyik. Yəqin ki, qurultay bu ilin yazında olacaq”.
Ə.Amaşov növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı isə suala belə cavab verib: "Bunu zaman göstərəcək. Məsələ namizədliyimin irəli sürülməsi deyil, qurultayın kimi sədr seçməsidir”.
Qeyd edək ki, Mətbuat Şurasının sonuncu qurultayı 2013-cü ildə keçirilib. 
 
Aktual.az
Xəbər 146 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR