"Messini öldürməyə hazırlaşmıram"

  • İDMAN

Lionel Messi 2016 Rio Olimpiadasında iştirak etməyəcək.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, Argentina millisinin baş məşqçisi Xerardo Martino ulduz futbolçunun U-23 yığması ilə Braziliyaya aparılmayacağını bildirib.

"Millinin bu təqvim ilində oyunları çoxdur. Bizi Amerika Kuboku, Olimpiada və 2018 DÇ-nın 4 seçmə mərhələ oyunu gözləyir. "Barselona"nın oyun qrafiki də sıxdır. Mən Olimpiya oyunlarında qalib gəlmək istəyirəm. Amma hər şeyi qurban verməklə yox. Futbolçularımı meydana atıb onları öldürməyə hazırlaşmıram".

Messi 2008-ci ildə Pekin Olimpiadasının qalibi olub.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR