"Messi təbiətin möcuzəsidir"

  • İDMAN

"Arsenal" və "Barselona"nın eks futbolçusu Tyerri Anri Çempionlar Liqasının 1/8 final mərhələsində bu iki komandanın oyunu barədə fikirlərini bölüşüb.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis "topçular"ın meydanın mərkəzini mübarizəsiz rəqibə güzəştə getməməsini tövsiyə edib.

"Arsenal" katalonlarla oyunda topa cəmi 30 % sahib olması ilə indidən barışmalıdır. Buna görə London klubu topla maksimum dərəcədə effektiv davranmalıdır. Bütün komanda müdafiədə etibarlı oynamalı, vinqerlər isə geri çəkilib vaxtın böyük hissəsini meydanın özlərinə aidd hissəsində keçirməli olacaq. "Barselona" rəqibə oyuna diqtə etmək imkanını nadir hallarda verir. Buna görə evdə və səfərdə az hücum etməyə hazır olmaq lazımdır. "Arsenal" ehtiyatlı olmalıdır. Onlar kompakt, əks-hücumlara meyilli oynamalı və qol vurmağa çalışmalıdır. Meydanın mərkəzində mübarizəni uduzmaq olmaz. "Barselona"nı bütün meydan boyu qaçmağa məcbur etmək lazımdır. "Barsa" meydanın rəqibə aid hissəsində məskən salıb sərbəst hücumlar qurursa, məğlubiyyətdən yaxa qurtarmaq, demək olar ki, mümkün deyil. "Kamp Nou"da 0:0 qənaətbəxş nəticə hesab oluna bilər. Amma dünya futbolunda 10 il dominantlıq edən komanda ilə oyunda qapını toxunulmaz saxlamaq asan tapşırıq deyil".

Anri həm də katalonların lideri Lionel Messi haqqında danışıb.

"Messi birlikdə oynadığımız vaxtdan daha yaxşıdır. Çünki komanda yoldaşlarına da fərqlənmək imkanı yaradır və cərimə zərbələrini öldürücü yerinə yetirir. Bəzən onun insan olduğuna inana bilmirsən. Messi təbiətin möcuzəsidir. Kriştianu Ronaldu ilə birlikdə futbolu yeni səviyyəyə daşıyıb. Bu ikisini etdikləri məntiqi alt-üst edir. Elə inanılmaz məhsuldarlıq göstərirlər ki, onların uğurları əıçatmaz ola bilər. Ötən gün dostumla zarafat etmişdim ki, "Emirates"də baş tutacaq oyuna pulsuz bilet paylasalar da, azarkeşlər Messinin oyununu görmək üçün pul ödəməyə hazır olacaq. Meydanda kənarda Leo başıaşağı, sakit insandır. Meydana çıxanda isə rəqibi parçalamaq istəyən vəhşiyə çevrilir. Məhz buna görə "Arsenal"a çox çətin olacaq. Leonu bir müdafiəçi ilə tutmaq olmur. İki-üç müdafiəçini ona təhkim etsən, Suarez, Neymar, İniesta və Arda Turan səni məhv edər. "Barsa"nı komanda kimi saxlamaq olar. "Arsenal" oktyabrda "Bavariya"nı 2:0 məğlub etdikləri matçdakı kimi oynamalıdır".

Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR