Messi əfqanıstanlı uşağın arzusunu yerinə yetirdi - FOTO

Messi əfqanıstanlı uşağın arzusunu yerinə yetirdi   - FOTO
  • İDMAN

"Barselona"nın argentinalı ulduzu Lionel Messi azarkeşi olan əfqanıstanlı Murtaza Əhmədə formasını göndərib.

Aktuaal.az qafqazinfo-ya istinadən bildirir ki, əvvəlcə tərəflər görüşmək istəsə də, katalonların futbolçusunun sıx qrafikdə oyunlar keçirməsi buna mane olub.

Messi Murtazaya öz köynəyini, şortunu və corablarını göndərib. Əhməd də arzuladığı formanı geyinərək Əfqanıstan Milli stadionunda meydana çıxıb.

Qeyd edək ki, Murtaza Əhməd sellofanın üzərinə Messinin adını yazaraq geyindiyi forma ilə dünyanın diqqət mərkəzinə düşmüşdü.

Messi

Xəbər 642 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR