Məşhur Hollivud ulduzu İslamı qəbul edir

Məşhur Hollivud ulduzu İslamı qəbul edir

Bu yaxınlarda rusiyalı oliqarxın oğlu Yeqor Tarabasovla nişanlanaraq gündəmə gələn Hollivud ulduzu Lindsi Lohanla (Lindsay Lohan) bağlı maraqlı məlumat yayılıb.

AzVision.az “Page Six”-ə istinadən xəbər verir ki, məlumata görə, aktrisa dinini dəyişərək islamı qəbul edəcək.

Hələlik aktrisanın nümayəndələri xəbəri nə təkzib, nə də təsdiq ediblər.

“Mən çox dindar adamam və daima yeni şeyləri öyrənməyə hazıram”, - deyə bir Lohan “Sun” qəzetinə bir həftə öncə verdiyi müsahibəsində bildirmişdi. Lohanın sözlərinə görə, öz dini görüşlərinə baxmayaraq hər kəs istədiyi şeyə inanmaqda sərbəstdir.

Qeyd edək ki, jurnalistlər Lohanın dinə olan marağı barədə hələ ötən il məlumat yaymışdı. Belə ki, məşhur ulduz Nyu-Yorkda əlində Quran nüsxəsi ilə birgə görüntülənmişdi.

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR