Məşhur futbolçunun ürəyi dayandı

Məşhur futbolçunun ürəyi dayandı

"Tottenham"in keçmiş futbolçusu David Jinola ürəyində əməliyyat keçirib.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, əməliyyatı qəbul edən həkim Jil Dreyfus 49 yaşlı fransızın özünü yaxşı hiss etdiyini bildirib.

"O, huşsuz vəziyyətdə idi. Amma indi özünə gəlib. Onunla danışa bildim. Heç bir nevroloji gərginləşmə yoxdur. İnfarkt da, həmçinin. Koronar arteriyaların zədələnməsi səbəbindən müdaxilə etməli olduq".

Jinola məşhurlar arasında təşkil olunmuş turnirdə qolf oynadığı vaxt ürəyi dayanmışdı. İnsident mayın 20-si, günorta saatlarında baş vermişdi. Helikopterlə dərhal Monakodakı kardiomərkəzə çatdırılan Jinolanın durumu stabildir.

Xəbər 797 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR