Məşhur aparıcının işdən getməsi xəbərinə "Space"dən SƏRT REAKSİYA

Məşhur aparıcının işdən getməsi xəbərinə

Space telekanalının efirində yayımlanan "Banu” verilişinin aparıcısı Günel Həsənzadənin telekanaladan ayrılması barədə məlumatlar yayılıb. Məlumata görə, o, bundan sonra fəaliyyətini ARB telekanalında davam etdirəcək. Aparıcının telekanaldan ayrılmasına səbəb kimi əmək haqqının verilməsində problem və rəhbərliklə münasibətlərinin yaxşı olmaması göstərilib.

Space teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyev Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib: "Günel xanım işinin başındadır. Sabah isə növbəti çəkiliş üçün rayona ezamiyyətə gedəcək. Bu məlumatlar haradan, necə yayılması barədə xəbərim yoxdur. Mənim üçün bu böyük tapmacadır. Hər şey qaydasındadır. Günel xanım ARB telekanalına müsahibə vermişdi. Yəqin oradan fantaziyalarını işə salıb, belə bir məsələni ortaya atıblar. Günel xanım bizim ən layiqli işçilərdən sayılır. Bizim onunla heç bir problemimiz yoxdur, o da telekanalı öz evi sayır”.
 
Aktual.az
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR