Merkel Rusiyaya qarşı sanksiyaların ləğvindən danışdı

Merkel Rusiyaya qarşı sanksiyaların ləğvindən danışdı
  • DÜNYA

Almaniyanın kansleri Anqela Merkel Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğvindən danışıb.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Merkel bunun üçün lazım olan şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

O, qeyd edib ki, Rusiya Ukrayna üzrə əldə olunmuş Minsk razılaşmasının şərtlərini tam yerinə yetirməyincə ona qarşı tətbiq olunan beynəlxalq sanksiyalar ləğv olunmayacaq.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar iki il əvvəl Donbasın və Krımın bu ölkə tərəfindən faktiki olaraq işğalından sonra tətbiq edilmişdi. Qərb Rusiyadan Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsini tələb edir.

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR