“Mehman Hüseynovdan öz məqsədləri üçün istifadə edirlər” -MÜNASİBƏT

“Mehman Hüseynovdan öz məqsədləri üçün istifadə edirlər” -MÜNASİBƏT

Niyaməddin Orduxanlı: "Onlar bu prosesdən məqsədyönlü şəkildə istifadə etməklə, ölkədə xaotik vəziyyətin, kütləvi narazılıq sindromunun yaranmasına nail olmaq istəyir ki, bu fonda da öz bəd niyyətlərini həyata keçirə bilsinlər”

Xüsusi komanda ilə fəallaşan "5-ci kolon" un fəalları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərlırinin Mehman Hüseynovla bağlı yanaşması onların öz havadarlarının sifarişini yerinə yetirdiklərini bir daha təsdiq edir. Demokratiya və insan haqlarından dayanmadan danışan bu ünsürlərin belə əməlləri nəyin göstəricisdir və belələrinə qarşı cəmiyyət hansı mövqedə dayanmalıdır?
BAXCP sədrinin müavini, ictimai fəal Niyaməddin Orduxanlı bildirib ki, "5-ci kolon” təmsilçiləri ölkədə xaos, hərc-mərclik yaratmaq üçün M.Hüseynovla bağlı belə "can-fəşanlıq” nümayiş etdirirlər: "Bugünkü situasiya onu göstərir ki, baş verən proseslər heç də Mehman Hüseynovun hüquqlarının müdafiəsi ilə bağlı məsələ deyil. Prosesə start verən "5-ci kolon”un əsas məqsədi ölkədə siyasi canlanma yaratmaq və bu fonda da Əli Kərimli kimi radikalların öz siyasi məqsədlərini həyata keçirməkdən ibarətdir. Bu fonda da bütün situaisiyanı sosial şəbəkələr üzərinə yönəldiblər. Həmin çirkin məqsədlərinə çatmaq üçün də Mehman Hüseynov onlar üçün bir vasitəyə, alətə çevrilib. Yəni, Mehman Hüseynov məsələsini qabartmaq və uydurmaqla ölkədə sabitliyin pozulmasına, kütləvi etiraz aksiyaları təşkil edilməyə çalışırlar. Faktiki olaraq başladıqları şounun başlıca niyyəti məhz budur. Ona görə də indilikdə radikal müxalifət fəaliyyətini bu istiqamətdə qurub.
Burada konkret Mehman Hüseynov deyil, başqa bir "X” adam olsa da, sadəcə, Hüseynovdan öz çirkin məqsədləri naminə yararlanırlar. Düşünürəm ki, Mehman Hüseynovun qardaşı, Emin Hüseynov da bütün istiqaməti məqsədyönlü şəkildə məhz bu amilə doğru yönəldib. Bu yolla ölkənin ictimai-siyasi həyatında canlanma yaratmaq istəyirlər. Belə vəziyyətdə onların mitinq keçirmək arzusuna düşməsi də həmin məqamdan xəbər verir.
Fikrimcə, Emin Hüseynovun son dövrlər fəaliyyət istiqamətində söyüş ritorikasına qoşulması da bu mənada təsadüfi deyil. Son zamanlar belə ünsürlərin bu cür qeyri-etik davranışları, söyüş kampaniyasını həyata keçirmələri də həmin məqsədlərinə xidmət eir. Bu mənada aydın görünür ki, proses öncədən planlaşdırılıb. Onlar bu prosesdən məqsədyönlü şəkildə istifadə etməklə, ölkədə xaotik vəziyyətin, kütləvi narazılıq sindromunun yaranmasına nail olmaq istəyirlər ki, bu fonda da öz bəd niyyətlərini həyata keçirə bilsinlər. Konkret olaraq məqsədləri bundan ibarətdir”.
Həmsöhbətimiz onu da qeyd etdi ki, Azərbaycan xalqı heç zaman radikalları müdafiə etməyib, onların çirkin məqsədlərinin arxasınca getməyib, yenə də müdafiə etməyəcək və getməyəcəklər: "Cəmiyyətimiz ölkədə baş verənləri doğru-düzgün təhlil etməyi bacarır. Azərbaycan xalqı kifayət qədər savadlı, yetkin bir xalqdır. Bu mənada ictimaiyyət də radikalların başladıqları prosesdə siyasi məqsədlərinin nədən ibarət olduğunu gözəl bilir. Bu günə qədər radikallar müxtəlif istiqamətdə bir çox layihələr həyata keçirməyə çalışıblar ki, yüz minlərlə insanın etirazına nail ola, onları küçələrə çıxara bilsinlər. Bu fonda da bütün fürsətlərdən istifadə edirlər ki, həmin çirkin istəklərinə çatsınlar. Ancaq heç bir halda buna nail olmayıblar, yenə də nail olmayacaqlar. Çünki cəmiyyətimiz artıq kimin kim olduğunu gözəl bilir. Onlar ölkədə sabitliyin pozulmasının hansı vəziyyətlərə gətirib çıxaracağını, anarxiyanın hökm sürəcəyini, qanunların işləməyəcəyi, özbaşınalığın baş alıb gedəcəyini, inkişaf prosesinin dayandırılacağını, ciddi problemlərlə üz-üzə qalacağımızı gözəl anlayır.
Azərbaycan geopolitik baxımdan elə bir məkanda yerləşir ki, ətrafda düşmən ölkələr, dövlətimizi sevməyən qüvvələr var. Bu fonda Azərbaycana zərbə vurmaq üçün fürsət gözləyən güclər var. Ancaq Azərbaycan xalqı çox müdrik xalqdır. Onlar bütün baş verənlərin fərqindədirlər və ona görə də heç zaman imkan verməyəcəklər ki, ölkədə sabitlik pozulsun, müəyyən siyasi qüvvələr bundan istifadə edib qanunsuz yolla hakimiyyətə gələ bilsinlər. Xalqımız radikal mövqedə dayanan, qisas hissilə yaşayan, hakimiyyətə gəlmək üçün qeyri-qanuni yollara belə əl atan siyasi qüvvələrə dəstək vermir və bundan sonra da verməyəcək”.
Xəbər 773 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR