Məhkəmə Palatanın cəriməsini ləğv edib

Məhkəmə Palatanın cəriməsini ləğv edib

Bakı Apelyasiya Məhkəməsi "Optimal Elektronika”nın Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimə edilməsi barədə qərardan şikayətə baxıb.

"Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyanın hökmü ilə Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilib və inzibati icraata xitam verilib.
Qeyd edək ki, MBNP "Optimal Elektronika” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) ilə protokol tərtib etmişdi.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
"Optimal Elektronika” MMC eletrik malları və məişət əşyalarının satışını həyata keçirir.
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR