Medvedev Ermənistana gedir

Medvedev Ermənistana gedir
  • DÜNYA

Rusiyanın baş naziri Dmitri Medvedyev mart-aprel aylarında Ermənistana səfər edəcək.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın beynəlxalq iqtisadi inteqrasiya və islahatlar nazirinin müavini Suren Karayan bildirib.

Məlumata əsasən, Rusiyanın baş naziri Avrasiya İqtisadi İttifaqının Şurasının (Aİİ) İrəvanda keçiriləcək hökumət başçıları iclasında iştirak edəcək.

"İlkin razılaşmalara əsasən, iclas mart-aprel aylarında keçiriləcək. Hazırda Aİİ-nin hökumət başçıları ilə iclasın konkret vaxtı dəqiqləşdirilir", - Karayan bildirib.

Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR