“Mədəniyyət Nazirliyi Fəxrəddin Manafovla bağlı qərar verəcək” - Direktor

“Mədəniyyət Nazirliyi Fəxrəddin Manafovla bağlı qərar verəcək” - Direktor

"Mədəniyyət Nazirliyinin xalq artisti Fəxrəddin Manafovla bağlı qərarı olacaq”. 

 

Bunu "Report”a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.
O bildirib ki, təmsil etdiyi teatr F.Manafovla bağlı Mədəniyyət Nazirliyindən tapşırıq alıb.

Direktorun sözlərinə görə, Rus Dram Teatrının rəhbərliyi verilən tapşırıqla əlaqədar artıq Nazirliyə məruzə edib: "İndi Nazirliyin öz qərarı olacaq. Bir şey deyə bilərəm ki, Fəxrəddin Manafovu narahat etmək, sənətkara toxunmaq lazım deyil. Bu söhbətlər onu əsəbləşdirir. Niyə biz onu əsəbləşdirməliyik? Onu əsəbləşdirmək olmaz. Vaxt keçməlidir, hər şey 2 dəqiqəyə həll olunmur”.

Qeyd edək ki, tanınmış kino və teatr aktyoru, Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biri olan xalq artisti Fəxrəddin Manafov çalışdığı Rus Dram Teatrından işdən çıxıb.
Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib. Nazirlik aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verib. Nazrilkdən bildirilib ki, məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR