Masazırda “Moskviç” avtomobilini qaçıran şəxs saxlanılıb

Masazırda “Moskviç” avtomobilini qaçıran şəxs saxlanılıb

Oktyabrın 11-də Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə müraciət edən T. Paşayev avtomobilinin qaçırıldığı barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Abşeron RPİ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, "Moskviç 412” markalı avtomobilin "Stansiya Sumqayıt” yeni yaşayış sahəsindən qaçırıldığı müəyyən edilib.
Abşeron RPİ və Zəngilan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S. Əbilov Masazır qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.
Xəbər 220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR