Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq

Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq

 Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları narahat edən sualların cavablandırılması üçün xüsusi bölmə hazırlanır.

Aktual.az xəbər verir ki, bunu nazir Samir Şərifov AzTV-yə müsahibəsində bildirib.
"Çalışacağıq ki, bu bölmə gələn həftənin əvvəlində hazır olsun. Buradavətəndaşların tez-tez soruşduğu suallar cavablandıracaq, eləcə də vətəndaşlara suallarını onlayn rejimdə vermək və cavab almaq imkanı yaradacağıq. Güman edirəm ki, problemli kreditlərlə bağlılığı olan digər qurumlar - Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası da vətəndaşlara belə bir imkan yaradacaq", - deyə nazir qeyd edib.
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR