Maldivdə koronavirusa görə fövqəladə vəziyyət elan edildi

Maldivdə koronavirusa görə fövqəladə vəziyyət elan edildi

Maldiv Respublikası yeni növ koronavirusun yayılması ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Maldiv adalarının Sağlamlığın Qorunması Agentliyi məlumat yayıb.
Agentliyin "Twitter” səhifəsində qeyd olunub ki, fövqəladə vəziyyət 12 mart 2020-ci il tarixindən başlayaraq 30 gün müddətində qüvvədə olacaq.
Yerli "Sun Online” nəşri hazırda Maldiv adalarında 8 koronavirusa yoluxma halının qeydə alındığını yazıb: yerli kurortlarda işləyən və ya istirahət edən əcnəbilər xəstələniblər. Nəşr qeyd edir ki, mövcud qanunvericiliyə əsasən, fövqəladə hallar zamanı səlahiyyətlilər məktəbləri bağlaya və ictimai tədbirləri qadağan edə bilərlər.
Maldiv adalarının səhiyyə naziri Abdulla Amin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünən yeni növ koronavirusu pandemiya elan etməsindən sonra belə qərar qəbul edib.
Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR