Magistrlərın qeydiyyat müddəti uzadıldı

Magistrlərın qeydiyyat müddəti uzadıldı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssəsində qeydiyyat müddəti Nazirlər Kabinetinin qərarına əsasən kredit sistemi ilə tədrisin təşkilində yeni qaydaların tətbiq olunması ilə əlaqədar ali təhsil müəssisələrinin müraciəti əsasında 4 gün uzadılıb.

Aktual.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bu barədə məlumat yayıb.

Belə ki, bakalavrlar iyulun 14-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
 
Aktual.az
Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR