Lukaşenko islam ölkələrinin sammitində iştirak edəcək

Lukaşenko islam ölkələrinin sammitində iştirak edəcək

Belarus prezidentinin tədbirdə çıxışı gözlənilir.

Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyəyə işgüzar səfərə gedib.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Belta”ya Belarus liderinin mətbuat xidmətindən bildiriblər.

Aprelin 14-də İstanbulda Belarus dövlətinin rəhbəri İslam Əməkdaşlıq Təşkilatının “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında keçəcək sammitində iştirak edəcək.

Tədbir zamanı Belarus prezidentinin çıxışı gözlənilir.

İşgüzar səfərin proqramında xarici dövlətlərin liderləri ilə bir sıra ikitərəfli görüşlər və danışıqlar nəzərdə tutulub.

Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR