“Lotu Quli”nin adamını öldürənlər tutuldu - Onlardan biri ermənidir

“Lotu Quli”nin adamını öldürənlər tutuldu - Onlardan biri ermənidir

Türkiyədə 59 yaşlı "qanuni oğru”, kriminal aləmdə "Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadzenin öldürülməsi ilə bağlı 6 şübhəli şəxs saxlanılıb.

Aktual.az AzVision.az-a  istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında ruslar, gürcülər və erməni də var. Tibbi müayinədən sonra onlar məhkəmə qarşısına çıxarılıblar. 

Qeyd edək ki, Antalya vilayətinin Kəmər rayonunda "qanuni oğru”, kriminal aləmdə "Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb. Onun yanında olan 27 yaşlı övladı isə ayağından yaralanıb. İlkin versiyaya görə, Zviadadzenin qətlinin səbəbi "Nodar Rustavski” kimi məşhur olan kriminal avtoritet Nodar Asoyan ilə münaqişə olub. Onlar Rusiyanın Rostov vilayətində təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə aparırdılar.



"Giya Kutaiski” oğru ənənələrinin ciddi tərəfdarı və öz nəslinin ən parlaq nümayəndələrinin biri kimi "köhnə məktəb”in şagirdi hesab edilirdi. Son zamanlar oğru qruplaşmaları arasında gedən qarşıdurmaların qurbanı olan avtoritetlərdən fərqli olaraq, Zviadadzenin reputasiyasına zərər dəyməyib. Həmçinin onun azərbaycanlı kriminal avtoritet "Lotu Quli”nin (Nadir Səlifov) yaxın adamı olduğu deyilir. Məlumata görə, yanvarın sonunda "Quli”nin İstanbuldakı iqamətgahında təşkil edilən "sxodka”sını da məhz "Giya Kutaiski” idarə edib.
 
Aktual.az
Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR