Ölkədaxili avtobus marşrutlarının gecə reysləri bərpa olundu

Ölkədaxili avtobus marşrutlarının gecə reysləri bərpa olundu

Bu gündən etirabən Bakıdan ölkədaxili şəhərlərarası gecə reysləri bərpa olunub.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iritutumlu, müasir, komfortlu, Almaniyanın "MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq:
"”Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun, əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq NRYTN yanında DANX-ın Nazirlər Kabinetinə təqdim etdiyi təklifə razılıq verilib”.
Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR