“Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir – RƏSMİ

“Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir – RƏSMİ

"Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır”.


Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, mütəxəssislətdən ibarət işçi qrupu yaradılıb, istintaqın obyektiv aparılması tam təmin ediləcək.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

 
Aktual.az
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR