Lavrov: “Bu hücum 2003-cü ildə İraqa hərbi müdaxiləni xatırladır”

Lavrov: “Bu hücum 2003-cü ildə İraqa hərbi müdaxiləni xatırladır”

"ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib. 
"ABŞ-ın Suriya aviabazasına raket zərbələri 2003-cü ildə İraqdakı vəziyyəti xatırladır. Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır", - deyə o qeyd edib. 
 
Aktual.az
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR