Latviya və Estoniyada fövqəladə vəziyyət elan edildi

Latviya və Estoniyada fövqəladə vəziyyət elan edildi

Avropanın daha iki ölkəsi - Latviya və Estoniyada koronavirusa görə fövqəladə vəziyyət elan edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı "Deutsche Welle” yayıb.
Bildirilib ki, Estoniyada fövqəladə rejim tədbirləri 2020-ci il mayın 1-dək, Latviyada isə aprelin 14-dək davam edəcək. 
Məlumata görə, bu müddət uzadıla bilər. Qərar martın 13-dən qüvvəyə minib. Bütün təhsil müəssislərində karantin tətbiq edilib. Bu günlərdə Latviyanın 90 məktəb və uşaq bağçalarında virusa yoluxma halı aşkar edilib.
Estoniyada Tallinn-Stokholm-Tallinn istiqaməti üzrə bilet satışı da dayandırılıb. Mayın 1-dək muzey, kinoteatrlar bağlanıb, konsertlər, konfrans və idman yarışları qadağan olunub.
Bu gün səhər saatlarına olan məlumata əsasən, Latviyada 16 nəfər, Estoniyada isə 27 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb.
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR