Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb – FOTO

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb – FOTO

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Komitədən Aktual.az-a verilən məlumata görə, İdarəyə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şossesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycana məxsus aksiz markası olmayan 114 000 ədəd "King" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR