Krımın tarixi Baxçasaray bölgəsi daşqın altında qaldı

Krımın tarixi Baxçasaray bölgəsi daşqın altında qaldı

Krımın Baxçasaray bölgəsində daşqın zonasından 160-dan çox insan təxliyyə edilib. 

Aktual.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin saytında məlumat verilib.

"Evakuasiya edilmiş əhali üçün 12 nöqtədə müvəqqəti yaşayış yeri hazırlanıb. Artıq 164 nəfərin təxliyəsi həyata keçirilib, onlardan 31-i uşaqdır”, - deyə nazirlikdən bildirilib.

Eləcə də, şəxsi evlərə dolmuş su çəkilir və Belbek çayının yatağı ağaclardan, qumdan və daşlardan təmizlənir. Daşqının nəticələrinin aradan qaldırılmasında iştirak edən qüvvə və vasitələrin qruplaşmasına 234 nəfər və 62 ədəd texnika cəlb edilib.

"Hadisə yerində pilotsuz uçuş aparatları var. Bundan başqa, Baxçasaray bölgəsi ərazisində yerləşən beş yaşayış məntəqəsi və Sşastlivenski su anbarında yaxınlığında mövcud daşqın vəziyyətini izləmək üçün təşkilatçılıq işləri görülüb”, - FHN-dən bildirilib.
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR