Krımda partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb

Krımda partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb
  • DÜNYA

 Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb. 


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bölgənin fövqəladə xidmətindən bildiriblər. 

"Bundan başqa, onlarla adam xəstəxanalara çatdırılıb”, - xidmətdən qeyd olunub.

***

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu hücumun təşkilatçısı olan tələbələrdən biri intihar edib.

Onun bu əməlinin səbəbləri araşdırılır.

***

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.


"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda əksəriyyəti yeniyetmələr olan 13 ölü və 50-dək yaralı olduğu məlumdur.

Hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Həmçinin bəzi şahidlər partlayışdan sonra binadan atışma səsləri eşitdiklərini bildiriblər.

***

Krımın Kerç şəhərində texnikum binasındakı hadisə partladıcı qurğunun işə salınmasının nəticəsidir.


"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən bildiriblər.

***

Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.


"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.


Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR